15 nüvə reaktoru boyda 3 dərə - FOTO

26 İyul 2012 13:59
Milli.Az "Xinhua"ya istinadən bildirir ki, Yanszı çayının hövzəsinin orta yolunda olan SES işə düşəndən sonra ətraf bölgələrin elektroenerji təminatı dəfələrlə artıb.

SES-dəki turbinlərin toplam gücü 15 nüvə reaktorunun istehsal etdiyi elektroenerjini almağa imkan verir.

Dünyanın ən böyük SES-inin 32 turbininin toplam istehsal gücü 22,4 milyon kVt-dır.

İnşası 30 milyard dollara başa gəlmiş SES-in tikintisinə 1993-cü ildə başlanmışdı. Böyük layihənin reallaşdırılacağı ərazidən 1,3 milyon çinli köçürülmüşdü.

"Üç dərə" SES-i böyük miqdarda elektroenerji istehsal etməklə yanaşı, Yanszı hövzəsindəki yaşayış məntəqələrini sel və daşqınlardan da qoruyacaq.
SES-in su anbarının uzunluğu 600 kilometrdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Fotolar: Getty, Barcroft Media