Özbəkistan Prezidenti: Vaşinqton Bəyannaməsi mətanətli Azərbaycan xalqının ümdə səylərinin parlaq təzahürüdür

22 Avqust 2025 16:31

Vaşinqtonda Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamənin imzalanması igid və mətanətli Azərbaycan xalqının ümdə səylərinin həyata keçirilməsinin parlaq təzahürüdür.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında səsləndirib.

O hesab edib ki, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olması iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlığın böyük potensialının tam şəkildə açılmasına imkan verəcək.

Milli.Az