Azərbaycanlı müğənni ata olacaq - sevincindən AĞLADI - VİDEO

22 Avqust 2025 20:08

Xəbər verdiyimiz kimi, bu il azərbaycanlı müğənni Əlican Həmidin toyu baş tutub.

Milli.Az xəbər verir ki, gənc ailə artıq dünyaya gələcək övladlarının yolunu gözləyir.

Bu barədə video sosial şəbəkədə yayılıb. İfaçının sevib-seçdiyi xanım sözügedən müjdəni həyat yoldaşına verib. Ata olacağını öyrənən sənətçi sevincdən özünə yer tapa bilməyib.

Gözləri dolub, kövrələn Əlican xanımına bərk-bərk sarılıb və bir-birilərini təbrik ediblər.

Sözügedən duyğusal anları təqdim edirik:

Hüseyn
Milli.Az