Türkiyənin Kars şəhərində narkotik əməliyyatı zamanı iki İran vətəndaşı 42 yaşlı Cəfər Ayrem və 34 yaşlı Amır Rəfiei Shekarbağani saxlanılıb.
Milli.Az xəbər verir ki, iranlıların sərnişin avtobusu ilə İğdırdan Karsa narkotik gətirdikləri müəyyən edilib. Şübhəlilərdən Shekarbağani şübhəli davranışlarına görə xəstəxanaya aparılıb. Tibbi müayinələr zamanı onun bağırsağında gizlədilmiş 203 qram metamfetamin aşkarlanıb və cərrahiyyə ilə çıxarılıb.
Hər iki şəxs barəsində narkotik ticarəti maddəsi ilə cinayət işi açılıb və məhkəmə qərarı ilə həbs ediliblər.
Asya
Milli.Az