MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verildi

22 Avqust 2025 14:40

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verilib.

Bu barədə Milli.Az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.

Milli.Az