Cari ilin yanvar-iyun aylarında Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579 nəfər olub.
Trend bu barədə Dövlət Turizm Agentliyindən məlumat əldə edib.
Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15 396 nəfər idi.
Ümumilikdə isə 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1,2 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Milli.Az