Laçına köçürülən sakinlərin sayı açıqlanıb

22 Avqust 2025 10:29

İşğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Milli.Az xəbər verir ki, bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda
beynəlxalq konfransda deyib.

O bildirib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir.

Milli.Az