Bakıda ərəb turistlərin yenidən qalmaqallı hərəkətləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, məlumata görə, hadisə paytaxtın mərkəzində - İSR plazanın arxasında, Okean marketin üzərində yerləşən ərazidə qeydə alınıb. Bir qrup turistin ətrafdakı insanlara qarşı etikadan kənar davranışlar nümayiş etdirdiyi bildirilir.
Yayılan görüntülərdə onların əlindəki su butulkalarını küçədən keçən vətəndaşların üzərinə atdığı əks olunub. Şahidlər həmin şəxslərin ərəb turistlər olduğunu iddia ediblər.
Qeyd olunur ki, vətəndaşların sərt etirazına baxmayaraq, turistlər hərəkətlərini davam etdiriblər.
Xatırladaq ki, son günlər ərəb turistlərin Azərbaycanda qeyri-etik davranışları dəfələrlə narazılıq doğurub. Bir neçə gün öncə onların Şəhidlər Xiyabanında etdiyi hərəkətlər də geniş rezonans yaratmış və sosial şəbəkələrdə kəskin tənqid olunmuşdu.
Milli.Az