FHN-də təyinat: Çevik Xilasetmə İdarəsinə yeni rəis təyin edildi - FOTO

21 Avqust 2025 20:51

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsi yeni rəis təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Toğrul Mehdiyev həmin idarəyə rəis təyin edilib.

Qeyd edək ki, Toğrul Mehdiyev bundan qabaq Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı Alayının qərargah rəisi olub.

Milli.Az