67 yaşlı kişi su anbarında batdı

21 Avqust 2025 18:40

Masallıda Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin axtarışları nəticəsində 67 yaşlı Mirmusa Aslanovun meyiti Viləşçay su anbarında aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.
 

Milli.Az