Xaçmazda 21 yaşlı qız 6-cı mərtəbədən yıxıldı

21 Avqust 2025 17:50

Xaçmazda 21 yaşlı qız binadan yıxılıb.

Milli.Az xəbər verir ki, Xaçmaz şəhər sakini 2004-cü il təvəllüdlü İsgəndərova Rəvanə Araz qızı Nəriman Nərimanov 21a ünvanında, Qayalı marketin üstündə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

O, aldığı ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Pataloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az