Ağdam sakini itkin düşdü

21 Avqust 2025 16:06

Ağdam rayon sakini itkin düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ağdam rayon sakini 26 yaşlı Mahirə Hüseynova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

M.Hüseynovanın əlamətləri: boyu 165 sm, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qırmızı rəngli qısaqol gödəkçə, göy rəngli şalvar və çəhrayı rəngli ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər nömrəsi və (050) 997-06-03 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az