Paşinyan: “Seçkilərdə xalq sülh barədə qərar verəcək”

21 Avqust 2025 16:27

Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, qarşıdan gələn seçkilərdə xalq sülh və onun alternativi arasında seçim etməli olacaq.

Milli.Az xəbər verir ki, o, həmçinin Konstitusiyaya dəyişiklik ehtimalına da toxunub.

Paşinyan qeyd edib ki, əgər sülh sazişinin ratifikasiyası zamanı Konstitusiya Məhkəməsi bunun əsas qanuna zidd olduğunu müəyyən etsə, özü konstitusiya dəyişiklikləri təşəbbüsü ilə çıxış edəcək. Hazırda bu istiqamətdə konkret addım planlaşdırılmasa da, yeni Konstitusiyanın qəbul edilməsi gündəmdə qalır.

Asya
Milli.Az