Yanacağa necə qənaət etmək olar? - Usta AÇIQLADI

21 Avqust 2025 13:26

Son günlər sürücülər yanacaq sərfiyyatının artmasından şikayətlənirlər. Bəziləri düşünürlər ki, bu, avtomobilin ciddi problemindən irəli gəlir. 

Bəs buna səbəb nədir? 

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, səbəb tək mühərrik nasazlıqları ilə bağlı deyil. Diqqətdən yayınan xırda detallar da bu addıma səbəb ola bilər.

Bəzən avtomobilin detallarına gözucu yanaşmağımız bizi böyük xərcə sala bilər. Bəzi sürücülər isə yanacaq sərfiyyatını benzinin keyfiyyəti ilə əlaqələndirirlər. 

Məsələ ilə bağlı usta Əli Əliyev ATV xəbərə bildirib ki, hava filterleri tez-tez dəyişilməlidir:

"Müəyyən kilometrdən sonra detallar təmizlənib, yuyulmalıdır. Ehtiyac olmadan əyləcdən istifadə etmək yanacaq sərfiyyatını 30 faiz artmasına gətirib çıxarır. Yayda avtomopbilin şüşələrini açıq idarə etmək yanacaq sərfiyyatına səbəb olur". 

Mütəxəssis bildirir ki, qış aylarında sərfiyyat artır, yay aylarında isə avtomobillər daha qənaətlə işləyir. Yüksək sürət də yanacaq sərfiyyatını artırır. Əlavə xərcə düşmək istəmirsizsə, sabit sürətlə avtomobili idarə etmək tövsiyə edilir. 

Aysel Əkbər
Milli.Az