Kamçatkada güclü zəlzələ oldu

20 Avqust 2025 22:11

Kamçatka ərazisində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 97 km aralıda baş verib.

Zəlzələnin episentri 50,7 km dərinlikdə yerləşib.
 

Milli.Az