Azərbaycan icması rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi

19 Avqust 2025 17:41

Rusiyanın Çelyabinsk bölgəsində yaşayan Azərbaycan icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və ölkəyə girişinə qadağa qoyulub.

Milli.Az xəbər verir ki, Ə.Xankişiyev etnoseparatizmin təşviqində günahlandırılır. O, həmçinin meyvə-tərəvəz sahəsində fəaliyyət göstərən biznesmen kimi tanınır və "Fruktdom", "Fruit-House", "Nar Şarab" və "Kaspiy" MMC-lərinin sahibidir.

Qeyd edək ki, bir ay əvvəl Moskva vilayətində isə Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.

Asya
Milli.Az