Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadıldı

19 Avqust 2025 17:16

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Milli.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, avqustun 5-dən start verilən 2025-2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.

"Nəzərinizə çatdırırıq ki, şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.
Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər", - deyə əlavə edilib.

Milli.Az