Rusiya tərəfi Ukraynaya 1000 ukraynalı əsgərin cəsədini təhvil verib. RBK-Ukrayna-nın məlumatına görə, onların əksəriyyəti Donetsk, Zaporojye, Luqansk və Kursk bölgələrində döyüşlər zamanı həlak olublar.
Milli.Az xəbər verir ki, Ukraynanın Müharibə Əsirləri ilə İş üzrə Koordinasiya Ştabı bildirib ki, repatriasiya edilənlər arasında əsirlikdə ölmüş 5 hərbçi də var.
Onlar əvvəlki danışıqlarda "ağır yaralı və xəstə" kimi qeyd olunmuşdu.
Rəsmi Kiyev Rusiyanı öhdəlikləri yerinə yetirməməkdə ittiham edir və bütün əsirlərin azad olunmasını tələb edir. Geri qaytarılan cəsədlərin identifikasiyası üçün ekspertiza işləri aparılacaq.
Asya
Milli.Az