Finlandiya parlament binasında dəhşətli hadisə qeydə alınıb.
Milli.Az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, hadisə parlamentin daxilində baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Finlandiya Parlamentinin Təhlükəsizlik Xidmətinin rəhbəri hadisə ilə bağlı mətbuata açıqlama verməkdən imtina edib.
Hazırda həyatına son qoyan şəxsin deputat, yoxsa parlamentin işçi heyətinin üzvü olub-olmaması dəqiq bilinmir.
Kənan
Milli.Az