Zelenski Trampla görüşə kostyum geyinməsindən danışdı

19 Avqust 2025 13:32

Zelenski Trampla görüşdə geydiyi kostyum barədə zarafat edib.

Ukraynanın lideri Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüş zamanı kostyumda olub və "Bu, mənim ən yaxşı kostyumumdur" deyə zarafat edib.

Tramp isə onun görünüşünü bəyənərək kompliment edib.

Qeyd edək ki, bundan aylar əvvəlki görüşdə Tramp Zelenskini kostyum geyinmədiyinə görə tənqid etmişdi.

İsmayıl
Milli.Az