Usta müştərisinin 700 min manatlıq "Ferrari"sini yararsız hala saldı - VİDEO

19 Avqust 2025 10:42

İstanbulun Büyükçekmece səmtində 17 milyon lirə dəyərində ( təxminən 707 min manat ) "Ferrari" markalı avtomobil qəza törədib.

Milli.Az xəbər verir ki, hadisə ötən gün E-5 magistral yolunda saat 15:30 radələrində baş verib. Körpünün dayağına çırpılan lüks avtomobil aşıb, yararsız hala düşüb.

Avtomobil ilə qəza törədən şəxsin maşının ustası olduğu məlum olub. Belə ki, usta təmir tamamlandıqdan sonra sınaq sürüşü zamanı videonu çəkib və sosial şəbəkədə paylaşaraq lüks avtomobili təmir etdiyi anları göstərmək istəyərkən bu bədbəxt hadisə yaşanıb.

İsmayıl
Milli.Az