Ağ Evdəki görüş zamanı Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ABŞ-dən nəyə ehtiyacınız var? Qoşunlara, kəşfiyyata, texnikaya? kimi suallar səsləndirilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Zelenski kreslosunda irəli əyilərək qəti şəkildə cavab verib: "Hər şeyə."
O, bildirib ki, güclü Ukrayna ordusuna ehtiyac var. Bu, silahlar, insan resursları, təlim missiyaları, kəşfiyyatla bağlıdır.
Zelenski əlavə edib ki, bu məsələləri "böyük ölkələr" - o cümlədən ABŞ daxil olmaqla - "tərəfdaşlarımızla" müzakirə edəcək.
Lalə Qüdrətova
Milli.Az