Tramp: Zelenski indi müharibəni bitirə bilər

18 Avqust 2025 21:28

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Ağ Evin Oval Ofisində keçirilən görüşdə iştirak ediblər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, jurnalist Trampdan, Zelenskinin istəsə dərhal müharibəni bitirə biləcəyi barədə əvvəlki açıqlamalarını soruşub.

Tramp vurğulayıb ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüş keçiriləcək, burada müharibənin bitməsi üçün "yaxşı bir şans" olacaq.

Lalə Qüdrətova
Milli.Az