Salyanda ağır qəza - Ölən və xəsarət alanlar var

18 Avqust 2025 18:27

Salyanda ağır yol-nəqliyyat hadisəsi  olub.

Milli.Az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayon sakini Azər Cabbarovun idarə etdiyi "Mersedes" markalı minik avtomobil həmyerlisi Şahlar Rzayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Qəzada "VAZ-2107"də olan sərnişin Salyanın Şəkərli kənd sakini 1955-ci il təvəllüdlü Qəribxan Qəfərov hadisə yerində ölüb.

Qəzada xəsarət alanlar - Şahlar Rzayev, avtomobillərdə olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib, ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
 

Milli.Az