Bağça müdiri olmaq istəyənlərin nəzərinə

18 Avqust 2025 16:50

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verildi.

Milli.Az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi 18 avqust - 1 sentyabr 2025-ci il tarixlərini əhatə edəcək.

"Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 avqust saat 16:00-dan 1 sentyabr saat 16:00-dək miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər",- deyə əlavə edilib.

Milli.Az