Ginekoloq əməliyyatdan kadr paylaşdı, jurnalist sərt reaksiya verdi

18 Avqust 2025 16:41

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ginekoloq Kəmalə Quliyevanın sosial şəbəkə paylaşımlarını tənqid edib.

Milli.Az xəbər verir ki, jurnalist həkimin pasientə etdiyi himenoplastika (qızlıq pərdəsi) əməliyyatının görüntüsünü paylaşmasını qeyri-etik adlandırıb.

Ataşova bildirib: "Təəssüf ki, həkim və elmlər namizədi olsa da, insanlıqdan uzaqdır. Diplom var, vicdan yoxdur. Qızlıq pərdəsini tikməklə məşğuldur, amma insanlıq pərdəsini çoxdan cırıb".

Asya
Milli.Az