Sabah dənizdə hava necə olacaq?

18 Avqust 2025 14:39

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 19-u cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, 
cənub çimərliklərində isə Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.

Milli.Az