Bu məşhur markanın iki modeli "ölümcül maşınlar" sırasındadır - FOTO

18 Avqust 2025 21:00

ABŞ-də "Mitsubishi Mirage" və "Mirage G4" modelləri ölümcül qəzaların sayına görə siyahıda iki dəfə yer alıb.

"iSeeCars"ın araşdırmasına görə "Mirage" hetçbek hər milyard milə 13,6 ölümcül qəza göstəricisi ilə üçüncü yeri tutub və bu göstərici "Chevrolet Corvette" ilə eynidir. "Mirage G4" sedanı isə 10,1 göstərici ilə yeddinci sıradadır. Hər iki model ABŞ yollarındakı ortalama avtomobil qəza göstəricisindən təxminən 4,8 dəfə yüksək nəticə göstərir.

Mitsubishi şirkəti 2025-ci ildən əvvəl bu modelləri bazardan çıxaracağını açıqlayıb. Lakin yüksək qəza göstəriciləri buna baxmayaraq davam edib.

"iSeeCars"ın baş analitiki Karl Brauer bildirib ki, sürücülərin davranışı ölümcül qəzaların baş verməsində avtomobildən daha çox rol oynayır. Əksər modellər təhlükəsizlik testlərində yaxşı nəticə göstərib, buna görə də problem dizaynda deyil, sürücülük şəraitində və davranışlarındadır.

İslam
Milli.Az