Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər saxlanıldı - VİDEO - FOTO

18 Avqust 2025 09:05

Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

Milli.Az xəbər verir ki, yayılan görüntülərdə ərəblər qəbuledilməz hərəkətlər ediblər.

Həmin şəxslər polislər tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.

Milli.Az