Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb

17 Avqust 2025 12:51

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, avqustun 18-də mülayim cənub-şərq küləyi əsəcək.

Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +25 dərəcədən +26 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) +26 dərəcədən +27 dərəcəyədək olacaq.

Milli.Az