Şokoladlı keks - Qoxusu ilə evinizi bürüyəcək dadlı ləzzət

17 Avqust 2025 10:46

Yumşaq, ətirli və şokoladlı... Bu keks, xüsusilə səhər çaylarının və qonaq qəbulunun əvəzolunmaz təamı olacaq.

Milli.Az xəbər verir ki, şokolad sevənlər üçün hazırlanmış bu resept sadəliyi ilə də seçilir.

Tərkibi:

Yumurta - 2 ədəd

Süd - 1 stəkan

Şəkər tozu - 1 stəkan

Kakao - 2 xörək qaşığı

Bitki yağı - yarım stəkan

Un - 1,5 stəkan

Qabartma tozu - 1 çay qaşığı

Vanil - 1 paket

Hazırlanması:

Yumurta və şəkər yaxşıca çalınır. Üzərinə süd, yağ və kakao əlavə olunur. Sonra un, qabartma tozu və vanil qatılaraq tam homojen xəmir əldə edilir. Hazır xəmir yağlanmış qəlibə tökülür və 170°C-də 35-40 dəqiqə bişirilir.

Milli.Az xatırladır ki, bu reseptlə hazırlanan şirniyyatlar istənilən zaman çay süfrənizin ulduzuna çevriləcək.

Nuş olsun!

Kənan
Milli.Az