"Mançester Siti" bu komandanı darmadağın etdi

17 Avqust 2025 11:48

İngiltərə Premyer Liqasının 1-ci turu çərçivəsində "Vulverhempton" öz meydanında "Mançester Siti"ni qəbul edib.

Milli.Az xəbər verir ki, görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 34-cü dəqiqədə "Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand açıb. Cəmi üç dəqiqə sonra yarımmüdafiəçi Teyani Reynders fərqi iki topa yüksəldib. İkinci hissədə, 61-ci dəqiqədə Holand dubla imza ataraq komandasının üstünlüyünü möhkəmləndirib. Qarşılaşmada son nöqtəni isə 81-ci dəqiqədə "Siti"nin yeni transferi Rayan Şerki qoyub.

Kənan
Milli.Az