Aeroport yolunda qəza

16 Avqust 2025 11:35

Suraxanıda qəza səbəbilə sıxlıq yaranıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin (NİİM) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Milli.Az