16:52
Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Alar kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşının həyat yoldaşı 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı qətlə yetirib.
Məlumata görə, T.Əliyev pəncərədən evə daxil olaraq yatmış vəziyyətdə olan R.Nərimanovaya bıçaqla zərbələr vurub.
Mərhumun qardaşı Şaiq Nərimanovun sözlərinə görə, Təhmasiblə qardaşı Firdovsi arasında bir müddətdir torpaq və mal-mülk üstündə narazılıqlar olub. Xüsusilə hər iki qardaşın yaşadığı evin kimə aid olması mübahisəyə çevrilib. Son vaxtlar mübahisələr daha da gərginləşib. Həmçinin R.Nərimanova T. Əliyev tərəfindən təhdidlərə məruz qalırmış. Bu səbəbdən qadın təhdidlərlə bağlı Biləsuvarın İsmətli kəndində yaşayan ailə üzvlərinə öncədən xəbər verərək həyatından narahat olduğunu qeyd edib.
T.Əliyev və onun böyük qardaşı Firdovsi Əliyev uzun müddət mal-qara alveri ilə məşğul olub. Elə həmin gün F.Əliyev bazara yola düşəndən sonra səhərə yaxın bu hadisə baş verib.
Həmçinin mərhumun yaxınları bildirib ki, ailələr həm də bir-birilərinə ikitərəfli qohumdurlar. Belə ki, qətli törətməkdə şübhəli bilinən T.Əliyevin bacısı mərhumun qardaşının həyat yoldaşıdır.
Qeyd edək ki, T.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
11:22
Cəlilabadda 62 yaşlı qadın qətlə yetirilib.
Milli.Az xəbər verir ki, rayonun Alar kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovanı qaynı Təhmasib Tərxan oğlu Əliyevin öldürdüyü bildirilir.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini olan ortayaşlı qadın qətlə yetirilib. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az