Şabranda 2 aydır itkin düşən 17 yaşlı qız tapıldı - YENİLƏNİB

19 Avqust 2025 19:14

19:14

Şabranda iyunun 19-dan itkin düşən 17 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 17 yaşlı Aytən Ömərova Bakı şəhəri ərazisindən tapılaraq ailəsinə təhvil verilib.

---------------
16.08.2025


Şabran rayonu ərazisində yaşayan 17 yaşlı Aytən Ömərova 2025-ci il iyunun 19-da Bakıda yaşayan xalasıgilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi"nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az