Putin "çarəsiz" vəziyyətdə - VİDEO

16 Avqust 2025 00:44

Rusiya Prezidenti Vladimir Putin, Prezident Donald Tramp və baş müşavirləri ilə görüşü başlamazdan əvvəl, jurnalistlərin Ukraynadakı müharibə ilə bağlı verdiyi suallara cavab verməyib.

Bir neçə jurnalist eyni anda suallar səsləndirməyə başlayanda, Putin çaşqın üz ifadəsi göstərib.

Ona atəşkəsə razı olacaqmı, daha çox mülki insanın öldürülməyəcəyinə dair öhdəlik götürəcəkmi və indi Tramp onun sözünə niyə inanmalıdır kimi suallar veriblər.

Sonra Putinin mətbuat tərəfə nəsə pıçıldadığı və qışqırdığı görülüb, lakin dediyi sözlər aydın olmayıb.

Lalə Qüdrətova
Milli.Az