"Putin və Zelenski Trampdan tamamilə fərqli münasibət gördülər" - FOTO

16 Avqust 2025 00:36

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Ankoricdə yerləşən  tribunalda birlikdə foto çəkdiriblər.

"Putin, bu ilin əvvəlində Ağ Evə səfər edən Zelenskinin gördüyü münasibətdən tamamilə fərqli qarşılanıb."  - Milli.Az xəbər verir ki, bu barədə BBC-nin Şimali Amerika üzrə baş müxbir, Qari O'Donohyu bildirib.

"Fevral ayında Zelenskinin Ağ Evdə Tramp tərəfindən tamamilə sərt və amansız bir hücuma məruz qalması qeyri-adi bir mənzərə idi.

Bu dəfə isə Putinin Tramp ilə prezident avtomobili "The Beast"in içində oturarkən gülümsədiyini görmək olurdu. 

Tramp, Putini bura gətirməklə hələlik konkret heç nə əldə etməyib. Amma Putin artıq təyyarədən enib qırmızı xalça ilə yeriməklə və "The Beast"ə minməklə kifayət qədər çox şey qazanıb.

O, uzun müddətdir beynəlxalq arenada təcrid olunmuş bir şəxsdir."  deyə məqalədə qeyd olunub.

Lalə Qüdrətova
Milli.Az