Putinin qaşılanmasında maraqlı detal - ABŞ meydan oxuyur? - VİDEO

15 Avqust 2025 23:13

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın təyyarəsi Rusiya lideri Vladimir Putinlə görüş öncəsi Alyaskaya eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ lideri Elmendorf-Riçardson hərbi bazasında rusiyalı həmkarının gəlişini gözləyir.

Bu məqamda Vladimir Putinin qarşılanma mərasimi diqqət çəkib. Belə ki, liderlərinin irəliləyəcəyi qırmızı xalının ətrafına 5-ci nəsil qırıcıların (F-35) düzülməsi diqqətdən qaçmayıb. 

Fəxri qaravulun əvəzinə qırıcıların düzülməsi ABŞ-nin əzələ nümayişi kimi qiymətləndirir.

Milli.Az