Trampla Putinin görüşü başa çatıb - YENİLƏNİB - VİDEO - FOTO

16 Avqust 2025 02:17

02:17

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında məhdud tərkibdə danışıqlar başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Hər iki dövlət başçıları yaxın vaxtlarda görüşün yekunlarına dair birgə mətbuat konfransında çıxış edəcəklər.

23:38
 

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin ikitərəfli görüşü başlayıb.

-----------
23:16

Qırmızı xalçada dayanan Tramp, rus həmkarını bir neçə saniyə davam edən əl sıxma ilə qarşılayıb.

---------

CNN-in Aditi Sangal-ın məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Alyaska ştatının Enkorec şəhərinə enib, bu barədə Rusiya dövlət mediası xəbər yayıb.

Lalə Qüdrətova
Milli.Az