“Yuxuları pozulur, olmazın söyüş eşidirlər” – Xətaidə restorandan ŞİKAYƏT - VİDEO

15 Avqust 2025 23:26

Səs-küy,söyüş,ətrafa yayılan musuqi... Sakinlər nə rahat yata, nə də eyvana çıxa bilirlər. Yuxuları pozulur, qulaqları olmazın söyüşünü eşidir...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sosial şəbəkələrdə yayılan bu görüntülər Xətai rayonu Lütfüzadə küçəsi, 48 ünvanındakı "SELECTUM-BAKU" restoranındandır.

Özünü obyektin sahibi kimi təqdim edən Azadə Quliyeva ilə əlaqə saxladıq. O, adı çəkilən restoranı bir ay əvvəl icarəyə götürdüyü bildirdi. Azadə Quliyeva bundan sonra məsələni diqqətdə saxlayacaqlarını qeyd edib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, həmin iaşə obyektində polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib, vətəndaşları narahat edən hallar aradan qaldırılıb. Həmin obyektin icarədarı barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Bir daha eyni əməli törədəcəyi təqdirdə daha ciddi tədbirlərin görülməsi şəxsin diqqətinə çatdırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az