Napoli, türk ulduzu transfer etdi

15 Avqust 2025 19:45

Napoli, 18 yaşlı hücumçu Özder Özcanı satınalma opsiyası ilə icarəyə götürmək üçün Iğdır FK ilə razılığa gələrək transferini reallaşdırıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer bazarında tez-tez Türkiyəyə yönələn İtaliyanın nəhəng klubu Napoli, bu dəfə çox gözlənilməz bir adı heyətinə qatıb.

Cəmi bir həftə əvvəl Niderland təmsilçisi Ado Den Haag-dan Iğdır FK-yə keçən, Niderlandda doğulmuş 18 yaşlı hücumçunun Türkiyə macərası bununla çox qısa sürdü.

Xəbərdə bildirilib ki, Napoli, Özder Özcan-ı satınalma opsiyası ilə icarəyə götürüb. Gənc futbolçunun İtaliya nəhənginin Primavera, yəni gənclər komandasında çıxış edəcəyi, gələcəkdə isə əsas komandaya yüksələcəyi qeyd olunub.

Lalə Qüdrətova
Milli.Az