Hər kəs Kerem Aktürkoğlu deyirdi - Fənərbaxçadan gözlənilməz addım - FOTO

15 Avqust 2025 19:17

Fənərbaxça, Salzburq klubunun oyunçusu Dorgeles Nene üçün 15 milyon avro transfer haqqı + bonus təklif edən rəsmi təklif irəli sürüb. Klublar arasında transfer məbləği ilə bağlı danışıqlar davam edir. Digər tərəfdən, "Sarı-lacivərtlilər" 22 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərində razılığa gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fənərbaxça ilə Red Bull Salzburg arasındakı danışıqlar davam edir. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Lalə Qüdrətova
Milli.Az