Şahin Şıxlinski ilə bağlı qərar verildi

15 Avqust 2025 18:17

Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

Məlumata görə, şikayət Moskva Şəhər Məhkəməsində araşdırılıb.

Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilmişdi. O, avqustun 2-də saxlanılıb.

Milli.Az