İki dövlət qurumu məhkəməlik oldu - Vəkillərə 17 min veriləcək

15 Avqust 2025 16:38

Vergi borcu ilə bağlı "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.

Milli.Az xəbər verir ki, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" məhkəmədə özünü müdafiə etmək üçün hüquqi xidmət alışı üzrə tender elan edib.

Tenderdə "Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin əsassız hesabladığı verginin silinməsi ilə əlaqədar məhkəmə müdafiəsinin təşkili" nəzərdə tutulub və ehtimal olunan qiymət 17.700 manatdır.

Yəni "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkillərə 17 min manata qədər vəsait ödəyəcək. 

Bu vəsait isə dövlət büdcəsindən "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nə ayrılan puldan ödəniləcək.

Milli.Az