"Kişilər toyuq kimidir, 10 metr uzaqlaşdılarsa..."

15 Avqust 2025 15:50

Xəbər verdiyimiz kimi Rusiyada xəyanətə görə cərimə tətbiq olunması təklif edilib.

Milli.Az xəbər verir ki, bu məsələyə münasibət bildirən Rusiyanın tanınmış teleaparıcısı Rоzа Syabitova bildirib ki, xəyanətə görə cərimə tətbiqi ailələri qorumaq üçün effektiv yol deyil.

O qeyd edib ki, münasibətlərdə harmoniya pozularsa, bunu inzibati tədbirlərlə deyil, tərəflərin öz aralarında anlaşması ilə həll etmək lazımdır.

Syabitova ailəni "kiçik dövlət" adlandıraraq vurğulayıb ki, böyük dövlətlər kimi ailələr də daxildən dağılır, xəyanət isə mövcud problemləri üzə çıxaran bir nəticədir. Onun fikrincə, cərimələr və digər məcburi tədbirlər tarixən müsbət nəticə verməyib. Əsas məsələ ailə üzvlərinin açıq şəkildə danışması, problemləri müzakirə etməsi və yaxınların dəstəyindən faydalanmasıdır.

Kişi xəyanətinə toxunan Syabitova köhnə bir məsəli xatırladıb: "Kişilər toyuq kimidir, 10 metr uzaqlaşdısa sənin deyil". Lakin o əlavə edib ki, yaxşı həyat yoldaşına sahib olan kişi başqasına üz tutmaz. Onun sözlərinə görə, bu gün qadınlar kişilərə nisbətən daha çox və daha tez-tez xəyanət edir. Buna görə də xəyanəti cinayət kimi qiymətləndirmək və cərimə ilə qarşısını almağa çalışmaq mənasızdır.

İsmayıl
Milli.Az