Xəyanət edənlər 1000 manat cərimələnsin - Qəribə təklif

15 Avqust 2025 13:15

Rusiyada evlilikdə xəyanətə görə cərimə tətbiq olunması təklif olunur.

Milli.Az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin rusiyalılar üçün evlilikdə xəyanətə görə cərimələrin tətbiqini təklif edib.

Borodin təklif edir ki, xəyanət edən şəxslər 15-20 min rubla ( təxminən 800-1000 AZN ) qədər cərimə olunsun. Bundan əlavə, uşağı tərk edən valideyn üçün isə hər bir uşaq üzrə 50 min rubla ( təxminən 2500 AZN )qədər cərimə tətbiq edilsin.

"Əgər ailə ananın və ya atanın günahı üzündən dağılıbsa, o, məsuliyyət daşımalıdır", - deyə Borodin bildirib.

O, nümunə olaraq Birləşmiş Ərəb Əmirliklərini və Avropa ölkələrini göstərib, burada evlilikdə məsuliyyətin pozulmasına görə böyük cərimələr nəzərdə tutulub.

İsmayıl
Milli.Az