Paşinyanın Rusiyaya səfəri gözlənilir

15 Avqust 2025 12:37

Yaxın zamanlarda Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçukun jurnalistlərə verdiyi açıqlamada deyib.

Xatırladaq ki, Paşinyan sonuncu dəfə Rusiyada bu ilin iyul ayında olub və Altay bölgəsində keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib.

Kənan
Milli.Az