Azərbaycanda üçaylıq körpə qızdırmadan öldü

15 Avqust 2025 11:43

Beyləqanda üçaylıq körpə qızdırmadan ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.

Belə ki, valideynləri hərarəti artan 13.05.2025-ci il təvəllüdlü Sultan Səlimxan oğlu Səlimzadəni xəstəxanaya apararkən azyaşlı yolda ölüb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az