Görüş yaxşı keçsə Tramp Zelenskiyə belə xəbər edəcək

14 Avqust 2025 21:40

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni bitirmək üçün razılığa gəlməyə hazır görünür.

Milli.Az xəbər verir ki, Tramp "Fox News" radiosuna müsahibəsində deyib ki, əgər cümə günü Alaskada keçiriləcək görüş uğurla keçsə, o, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderlərinə zəng edəcək. Əks halda, əlaqə yaratmayacaq.

Trampın sözlərinə görə, görüşün əsas məqsədi Ukraynanı da daxil edən ikinci bir toplantını təşkil etməkdir. Lakin dərhal atəşkəsin əldə olunacağı hələ də məlum deyil.

İslam
Milli.Az