MİQ imtahanı üzrə müsahibə mərhələsinin mövzuları açıqlandı

14 Avqust 2025 17:35

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.

Milli.Az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, namizədlər miq.edu.az saytına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Milli.Az